İlham Əliyev Xələf Xələfovu təltif etdi

Prezident İlham Əliyev Xələf Xələfovun təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Xələf Alı oğlu Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. 

HTML tutorial

Qeyd edək ki, Xələf Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir. 

Gununsesi.org