İlham Əliyev xalqa müraciət etdi: "Xalq sabitliyə və inkişafa səs verib"

  • By admin
  • 12 Aprel 2018 00:12

“Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərib. Bu etimada görə, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm”.

Gununsesi.info xəbər verir ki,  bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan xalqı sabitliyə və inkişafa səs verib: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir”.

Dövlət başçısı qeyd edib ki, bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verib. Xalq son 15 il ərzində görülən işlərə yüksək qiymət verib.

Prezident İlham Əliyev qeyd edib ki, onun siyasətinin mərkəzində əvvəl olduğu kimi bundan sonra da Azərbaycan vətəndaşları dayanacaq.

Gununsesi.info