İlham Əliyev xalqın rifahı ilə bağlı arzularını həyata keçirdi -İLHAM İSMAYILOV

  • By admin
  • 23 Dekabr 2021 10:06

 

Dekabrın 22-də Mingəçevir Dövlət Universitetində keçirilən elmi-nəzəri
konfrans “Azərbaycan son 18 ildə” mövzusuna həsr olunmuşdu. Konfrans
Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə
həyata keçirildi.
Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı
İlham İsmayılov qeyd etdi ki, 2003-cü il 15 oktyabr seçkilərindən sonra İlham
Əliyev Azərbaycan Respublikasında Prezidentlik fəaliyyətinə başlamışdır. Həmin
dövrdən keçən 18 il ərzində Azərbaycanın bütün sahələrində inkişaf və tərəqqi baş
vermişdir. 2003-cü il prezident seçkiləri ərəfəsi Ulu öndər səhhəti ilə bağlı öz
namizədliyini geri götürəndə xalqa müraciətində onun yarımçıq qalmış bütün
işlərini, başa çatmamış arzularını İlham Əliyevin yerinə yetirəcəyinə böyük
inamını bildirmişdir.
Seçkilərdən sonra ölkə Prezidenti seçilən cənab İlham Əliyev “Mən hər bir
Azərbaycan vətəndaşının prezidenti olacağam” fikrini bildirmişdir.
Bu illər ərzində cənab İlham Əliyev Ulu öndərin ölkəmizin inkişafı, xalqın
rifahı ilə bağlı arzularını reallığa çevirdi və hər bir Azərbaycan vətəndaşının
prezidenti olduğunu reallaşdırdı.

HTML tutorial

Ulu öndərin möhkəm təməllər üzərində formalaşdırdığı Azərbaycan
dövlətini ən güclü inkişaf mərhələsinə çatdırdı. Azərbaycanda bir zamanlar xəyal
kimi görünən qlobal layihələr reallaşdı. Ölkəmiz başdan-başa abadlaşmağa başladı,
regionun lider dövləti kimi beynəlxalq nüfuzu yüksəldi. Azərbaycanın səsi mötəbər
kürsülərdən, beynəlxalq tədbirlərdən daha qətiyyətlə eşidildi, cəmiyyətimizdə milli
birlik təmin edildi. Döyüş ruhuna, yüksək təchizata, arsenala, innovativ silahlara
malik ordu formalaşdı. Bu orduda ləyaqətlə xidmət edən, mərd, vətənpərvər,
vətənini canından artıq sevən nəsil yetişdi. Respublikada yeni bir siyasi
mədəniyyət, cəmiyyətdə mili birlik yarandı. Ən əsası Ulu öndər Heydər Əliyevin
ən müqəddəs və vacib vəsiyyəti: – işğalda olan torpaqlarımızı azad etmək zəmini,
şəraiti yaradıldı və icra edildi.
Bütün bunlar son 18 ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirildi. Azərbaycan dünya miqyasında formalaşmış, inkişaf etmiş
bir dövlətə çevrildi.


Bu günkü konfransımız da məhz bu dövrə həsr olunmuşdur.
Konfransda “Əsası Ümummilli lider tərəfindən qoyulan müasir Azərbaycan
dövlətinin inkişafında İlham Əliyevin rolu” mövzusunda YAP Mingəçevir Şəhər
Təşkilatının sədri Cavanşir Yusubov , “İlham Əliyev – Qurucu rəhbər, xalqa bağlı
qalib lider, müzəffər Ali Baş Komandan” mövzusunda 17 saylı tam orta məktəbin
direktoru, YAP Şəhər Təşkilatının Şura üzvü Ceyhun Atayev, “İlham Əliyevin

Azərbaycanın hərtərəfli inkişafına yönələn yüksəliş strategiyasının əsasları”
mövzusunda Mingəçevir Dövlət Universitetin dosenti, İqtisad üzrə fəlsəfə doktoru
Nüşabə Qədimova, “İlham Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda
Mingəçevir şəhər İcra Hakimiyyətində baş məsləhətçi, YAP Şəhər Təşkilatı İdarə
heyətinin üzvü, Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev çıxış etdilər.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 il
ərzində həyata keçirdiyi sosial-iqtisadi islahatlardan, daxili və xarici siyasətdə əldə
olunan uğurlardan, ən əsası isə İkinci Vətən müharibəsi zamanı qazanılan zəfərdən
söhbət açıldı.


Konfransın işinə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin
başçısı İlham İsmayılov bildirdi ki, bu gün biz müstəqil Azərbaycan dövlətinin son
18 ildə inkişafı ilə bağlı görülən işlərə dair məruzələri dinlədik.
Çıxış edənlər ölkə Prezidentinin bir şəxsiyyət kimi fəaliyyətindən, onun
Azərbaycan dövləti və xalqı qarşısında geniş xidmətlərindən, bu gün əldə etdiyimiz
uğurlarda onun rolundan bəhs etdilər. Buna görə icazə verin hamımızın adından
çıxış edənlərə dərin minnətdarlıq və təşəkkürümüzü bildirək.
Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün
onun xəttinin qətiyyətli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə sürətlə inkişaf edir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günü-gündən artması,
ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, mədəni və idman yarışları ölkə
rəhbərinin apardığı düzgün, sərrast siyasətin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız şanlı
ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il
Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları,
Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi
şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı
qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə
qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin
apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına
qayıdacaqlar. İşğal olunmuş ərazilərdə bərpa işlərinə start verilmişdir.
Artıq deyə bilərik ki, Azərbaycan etibarlı əllərdədir və işıqlı gələcəyi
vardır.

Gununsesi.info