İlham Əliyev Zaqatalada tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub - FOTOLAR

  • By admin
  • 03 Avqust 2017 14:48

15017540162220237501_1000x669

Azərbaycan prezidenti İlham Əliyev Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlət başçısına zavod barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.

Diqqətə çatdırılıb ki, şitil yetişdirilməsi üçün ABŞ texnologiyası ilə işləyən 14 istixana quraşdırılıb. 2017-ci ildə isə zavodda 2300 ton tütünün emal olunması nəzərdə tutulub.

Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.

15017540161230619619_1000x669 15017540161858841229_1000x669 15017540162262660240_1000x669 15017540164385456982_1000x669 1501754016443184816_1000x669 15017540165604117082_1000x669 1501754016635445913_1000x669

Gununsesi.info