İlham Əliyev: "Kastronun vəfatı xəbəri məni olduqca kədərləndirdi"

  • By admin
  • 26 Noyabr 2016 13:45

fidel

Ölkə Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri  Raul Kastro Rusa başsağlığı məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Sədr,

Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Gununsesi.info