
“Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının (Aİ) üzvü olmağı hədəfləmir. Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir”.
Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.
İlham Əliyev deyib ki, o bu fikirləri səsləndirərkən reallıqlara baxıb: ”
“Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək. Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.
Azərbaycan Aİ ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) bu qurum ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.
Afət Abbasova
Gununsesi.info