İlham Əliyevdən ermənilərin İrəvandakı bayraq təxribatına REAKSİYA

  • By admin
  • 18 Aprel 2023 19:13

“Bayraq yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər”.

Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil”, – deyə Azərbaycan Prezidenti bildirib.

Gununsesi.info