İlham Əliyevdən kadr dəyişikliyi – Yeni təyinatlar

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Gununsesi.info-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

HTML tutorial

Ölkə başçısının digər sərəncamı ilə Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Bundan əlavə, Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Prezidentin növbəti sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Fuad Eldar oğlu İsgəndərov isə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.