
Azərbaycan prezidenti İlham Əliyev Keniya dövlət başçısı Uhuru Kenyattaya təbrik məktubu göndərib.
Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və rifah diləyirəm”.
Gununsesi.info