İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi olub - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 10 Aprel 2023 13:34

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.

Gununsesi.info xəbər verir ki, “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim ediliblər.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

13:07

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada rəsmi qarşılanma mərasimi keçirilib.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info