“İlham Əliyevin rəhbərliyi ilə qardaş Azərbaycanın uğurları bizi hədsiz sevindirir” -Səfir Cahit Bağcı

  • By admin
  • 24 Dekabr 2021 09:20

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı özünün tviterdəki hesabında Prezident İlham Əliyevin doğum günü münasibətilə təbrik edib.

Gununsesi.info  xəbər verir ki, təbrikdə deyilir:

HTML tutorial

“Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir,can sağlığı və uzun ömür arzulayıram.

Rəhbərliyində qardaş Azərbaycanın hər sahədə qazandığı uğurlar bizləri də hədsiz dərəcədə sevindirir. Bir millət iki dövlət olaraq birlikdə daha da güclənəcəyik”.