İlham Əliyevin təşviqat kampaniyasına start verildi

İlham Əliyevin təşviqat kampaniyasına start verildi

Bu gün 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Gununsesi.info xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi təşviqat kampaniyasına uğurla qoşulub. Kampaniya başlayan andan etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təşviqat materiallarını 37, 38, 39 və 40 saylı Seçki Dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar.

Partiyanın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Çevik, operativ fəaliyyət göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. 100 nəfərdən çox gənc təşviqatçı qruplara bölünərək plakatların asılmasında fəalıq göstəriblər.  Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçiriləcək.

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planına əsasən, martın 19-u saat 08:00-da başlayacaq təşviqat kampaniyası aprelin 10-u səhər saat 08:00-da bitəcək.



Gununsesi.info

COMMENTS