Azərbaycan və Türkmənistan prezidentləri arasında təkbətək görüş keçirilib.
Gununsesi.info tdh.gov.az-a istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin lideri ölkələr arasında iqtisadi, ticari, mədəni-humanitar sahədə əlaqələrin gələcək inkişaf perspektivləri, regional və regionlararası birgə iqtisadi, enerji, nəqliyyat-tranzit layihələrin reallaşması, həmçinin Xəzər problematikası müzakirə olunub.
Hər iki ölkə lideri eyni zamanda, regional və beynəlxalq aləmdə yaranmış durum, ölkələrinin beynəlxalq və regional təşkilatlarda fəaliyyətlərini koordinasiya etməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Hər iki dövlət başçısı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması və genişləndirilməsini də müzakirə ediblər.
Mürtəza
Gununsesi.info