İlham Əliyevlə əlaqələrimizin inkişafı yollarını ətraflı şəkildə müzakirə etmişik - ABŞ SƏFİRİ AZƏRBAYCANIN İSLAHATLARDA KEÇİD DÖVRÜNDƏ OLDUĞUNU DEYİR

  • By admin
  • 01 May 2019 19:09

“Azərbaycan bir sıra islahatların həyata keçirildiyi və islahat baxımından keçid dövründə olan bir ölkədir. Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyirik”.

Bu fikirləri ABŞ -ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Örl Litzenberger jurnalistlərin suallarını cavablandırarkən deyib.

Gununsesi.org xəbər verir ki, Xaçmaz rayonunda ABŞ höküməti və USAİD tərəfindən  Xaspolodoba kəndində suvarma suyunun daha da  yaxşılaşdırılması üçün görülən işlərin yekunu ilə tanış olan səfir jurnalistlərin suallarını da cavablandırıb.

 “Biz Azərbaycanda iqtisadi islahatları və inkişafı dəstəkləyirik. Ölkəniz bir sıra islahatların həyata keçirildiyi və islahat baxımından keçid dövründə olan bir ölkədir. Biz həmçinin demokratik islahatlarınızı da dəstəkləmək istəyirik. Münasibətlərimizi hal-hazırda çox güclü hesab edirəm. Mən əlimdən gələni edəcəm ki, bu münasibətləri daha da gücləndirim. Bəxtim gətirib ki, ötən gün prezident İlham Əliyevlə görüşmə fürsətim olub. Onunla əlaqələrimizin geniş səpkili istiqamətlərini və daha da əlaqələrimizi inkişaf etdirməyimizin yollarını ətraflı şəkildə müzakirə etmişik”, – deyə səfir bildirib