Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə görüşü baş tutmayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “APRI Ermənistan” analitik mərkəzinin forumunun iştirakçılarına videomüraciətində bildirib.
Klaarın sözlərinə görə, vaxt az olduğu üçün görüş baş tutmayacaq.
Bundan əvvəl Aİ rəhbəri Şarl Mişel bildirmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Toivo Klaar görüşün təşkili üçün oktyabrın 12-də İrəvana səfər edib.
Gununsesi.info