Bu gün qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü başlayıb.
Gununsesi.info xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşır.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, I vitse-prezident Mehriban Əliyeva komandamızın oyununa baxırlar.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.
Gununsesi.info