İlham Əliyevə ordu marşalı rütbəsi verilsin - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 20 Noyabr 2020 13:34

 

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Məlahət İbrahimqızı bir sıra təkliflə çıxış edib.
Gununsesi.info xəbər verir ki, YAP-çı deputat ilk olaraq, Fransanın Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətini dəstəkləməsinə etiraz edib: “Fransa prezidentinin və Parlamentdə və senatda əsas aparıcı siyasi partiya liderlərin birgə təşəbbüsü ilə parlamentə təqdim etdiyi layihə, Fransanın Minsk qrupunun həm sədri kimi tam və açıq ermənipərəst mövqeyi qəbul edilməzdir. Makron və siyasi partiyalar Fransa xalqını təmsil edirlər və onların adından danışırlar. Daha bundan biabırçı və qərəzli nə ola bilər. Ona görə də təklif edirım ki, Milli Məclisdə təmsil olan siyasi partiyalar adından, eləcə də Milli Məclisdə təmsil olunmayan 50-yə yaxın Azərbatcanın siyasi partiyaları adından etiraz göndərilsin və Fransanın ATƏT-in Minsk Qrupunun həm sədrliyindən çıxarılsın”.

Millət vəkili daha sonra Ali Baş Komandan İlham Əliyev haqqında təklif verib:
“Dünyada Vətən müoharibəsindan qalib çıxmış Dövlətlərin və xalqların tariixi ilı bağlı araşdırma aparmışam. Dünyanın bəzi ölkələrində vətən müharibəsininin Qalib Liderinə Ordu Marşalı rütbəsi verilmişdir. Bugün möhtərəm Müzəffər Ali Baş Komandanımız Milli Ordumuzla dünya hərb tarixinə qızıl hərflərlə zəfər səhifələri yazdı. Təklif edirəm ki, Ali Baş Komandanımıza da ali dövlət mükafatı ilə bərabər həm də ən yüksək hərbi rütbə Ordu Marşalı rütbəsi verilsin”.

Samir Verdiyev
Gununsesi.info