İlham Əliyev Əli İnsanovu təbrik edib - HƏP SƏDRİNDƏN PREZİDENTƏ TƏŞƏKKÜR

  • By admin
  • 19 Mart 2022 17:01

Haqq Ədalət Partiyasının sədri, sabiq siyasi məhbus Əli İnsanov Prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Buna səbəb isə ölkə başçısının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə HƏP sədrini təbrik etməsi olub.

Öz növbəsində isə İlham Əliyevə təşəkkür edən Əli İnsanov da anoloji məktub ünvanlayıb.

Gununsesi.info-ya təqdim olunan məktubda deyilir:

“Mən də qarşılıqlı təbrikimi və təşəkkürümü çatdırmışdım.
Bu gün Prezident Sarayından Novruz Bayramı münasibətilə mənə prezident İlham Əliyevin təbrikini çatdırdılar və mən də bu yüksək diqqətə görə dərin təşəkkürümü bildirdim.

Cənab Prezident !

Novruz Bayramı münasibətilə təbrikiniz mənə çatdırıldı.
Şəxsimə göstərdiyiniz yüksək diqqətinizə görə dərin təşəkkürümü bildirir, xalqımızın qədim bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, vətənimizin tərəqqisi və xalqımızın yüksək rifahı uğrunda görəcəyiniz bütün işlərinizdə böyük uğurlar arzulayıram.

Cənab Prezident !

Sizinlə görüşə hazır olduğumu bir daha yüksək diqqətinizə çatdırıram”.

Gununsesi.info