İlham Əliyev: "İqtisadi artım 5%-dən çoxdur"

  • By admin
  • 12 Yanvar 2022 19:31

“Mən 11 ayın yekunları ilə bağlı Azərbaycan xalqına məlumat verdim. İndi bu yaxınlarda ilin yekunları artıq mənə təqdim edildi. Nəticələr gözlənilən kimidir. İqtisadi artım 5%-dən çoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu çox gözəl göstəricidir: “Xüsusilə müharibədən çıxmış ölkə üçün. Və ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır”.

Gununsesi.info