İlham Əliyev: “Quru sərhədlərimiz bağlı olmalıdır”

  • By admin
  • 15 İyul 2022 20:21

Azərbaycan Prezidenti İlham Əliyev quru sərhədlərin açılmaması barədə cəmiyyətin nigarançılığına nöqtə qoyub.

Gununsesi.info bildirir ki, bu barədə danışan Prezident sərhədlərin açılmayacağını deyib:

“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq – quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm”.

Gülnar Məmmədli
Gununsesi.info