İlham Əliyev Azərbaycanın Almaniya və Moldovadakı səfirlərini geri çağırdı

  • By admin
  • 06 Sentyabr 2016 18:32

prezident

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki,  Sərəncama əsasən Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

Dövlət başçısının digər sərəncamı ilə Namiq Həsən oğlu Əliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Gununsesi.info