İlham Əliyev AZAL-ın iki vitse-prezidentini vəzifələrindən azad edib

  • By admin
  • 24 Fevral 2022 17:45

“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti vəzifəsindən azad edilib.

Gununsesi.info-nun “Report”-a istinadla verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Məlumata görə, Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad edilib.

Hal-hazırda “Azərbaycan Hava Yolları”nın 5 vitse-prezidenti var.

 

 

Gununsesi.info