İlham Əliyev bu gün Aşqabada gedir

  • By admin
  • 29 İyun 2022 09:52

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabadda səfər edəcək.

Gununsesi.info xəbər verir ki, Prezident Aşqabadda keçiriləcək Xəzər Sammitinə qatılacaq.

Dövlət başçısı sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə də görüş keçirəcək.

Qeyd edək ki, iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində VI Xəzər Sammiti keçiriləcək. Bundan əvvəlki Zirvə toplantısı 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində olub.

Gununsesi.info