“İlham Əliyev bu məsələdə müsbət fikirdədir”

“Hazırda Avropa Rusiyadan istədiyi anda istədiyi kimi təbii qaz ala bilmir”.

Gununsesi.info  “Hürriyet”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Avropanın hazırda gözləntiləri Türkiyədə qaz qovşağının yaradılması halında tələblərin qarşılanıb-qarşılanmamasından ibarətdir.

Ərdoğan, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Avropanın qaz ehtiyacının  “TANAP” vasitəsilə təmin olunması məsələsində müsbət fikirə sahibdir.

Gununsesi.info