İlham Əliyev bu qanunu təsdiqlədi

  • By admin
  • 23 İyun 2021 16:18

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Gununsesi.info-nun xəbərinə görə, dəyişikliklə dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği müəyyənləşib.

Belə ki, dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.

Gununsesi.info