İlham Əliyev deputatı təltif etdi

Prezident İlham Əliyev Anatoliy Xaimoviç Rafailovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncamla A.Rafailov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Qeyd edək ki, A.Rafailov Milli Məclisin deputatıdır.

Gununsesi.info