İlham Əliyev Ermənistana xəbərdarlıq etdi – SƏNİN ORADA NƏ İŞİN VAR?

  • By admin
  • 07 Yanvar 2021 14:24
“İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var?
Müharibə onların yadından çıxmasın.Unutmasınlar ki, dəmir yumruq yerindədir”. Gununsesi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev hökumətin müşavirəsində deyib.
Prezident daha sonra bildirib: “Münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar.
Birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində” .
Turanə Tağızadə
Gununsesi.info