İlham Əliyev hərbi şəhərciyin açılışında iştirak edib - FOTOLAR - YENİLƏNİB

  • By admin
  • 23 Yanvar 2017 17:38

ilham-mus-5

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Gununsesi.info xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.

Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb.

ilham-mus-3

ilham-mus-4

ilham-mus-5

ilham-mus-6

ilham-mus-7

presidentherbi_sehercik_230117

Gununsesi.info