İlham Əliyev jurnalistlər üçün tikiləcək üçüncü binanın təməlini qoydu - FOTOLAR

  • By admin
  • 20 İyul 2017 10:10

15005338325860413889_1000x669

Bu gün Azərbaycan  jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.

Qeyd edək ki, iyulun 19-da Azərbaycan prezidenti İlham Əliyevkütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.

1500533832557918823_1000x669 15005338325090718648_1000x669 15005338324401748885_1000x669 azerbaycan-prezidenti-temelqoyma

Gununsesi.info