İlham Əliyev Mövlud Çavuşoğluna orden verdi

  • By admin
  • 05 Fevral 2020 17:59

Ölkə başçısı İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilib.

Gununsesi.org