Bakıda bu metro stansiyalara giriş bağlandı - işıqlar söndü

  • By admin
  • 12 İyul 2018 16:56

Bakıda işıqların sönməsinə görə, “Avtovağzal”-“Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün qatarların hərəkəti dayandırılıb.
“Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  deyib ki, metronun yaşıl və qırmızı xətlər normal qaydada işləyir: “Bənövşəyi xətdə-“Avtovağzal”-“Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün 16:10-dan etibarən stansiyaya giriş bağlanıb”.
B.Məmmədov deyib ki, tuneldə qatar qalmayıb:
“Enerji verilişi bərpa olunan kimi qatarların hərəkəti bərpa olunacaq”.