İlham Əliyev onu təltif etdi

Prezident İlham Əliyev Azərbaycan SSR xalq artisti, dirijor Rauf Abdullayev haqda Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rauf Canbaxış oğlu Abdullayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 29-u R. Abdullayevin 85 yaşı tamam olur.

Gununsesi.info