İlham Əliyev Rusiya sülhməramlılarından -Blinkenə şikayət edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub.

İlham Əliyev vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur.

Şəbnəm

Gununsesi.info