İlham Əliyev sahibkarın oğlunu təltif etdi

  • By admin
  • 30 Dekabr 2020 18:12

Ali Baş komandan İlham Əliyev sahibkarın əsgər oğlunu təltif edib. 

 

Bildiyimiz kimi, dekabrın ayının 24-də və 29-da dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə” medal ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubaqlı rayonu, Cəbrayıl rayonu və Laçın rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Cəbrayıl rayonun, Qubadlı rayonun və Laçın rayonun azad olumasına görə” medalları ilə təltif ediliblər

Həmin sərəncama əsasən, əsgər Həsənov İlham Dilqəm oğlu da, cəsarətli döyüşlərinə  görə,“Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Qeyd edək ki, təltif olunan İlham Həsənovun atası Gəncə şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

 

 

 

Gununsesi.org