İlham Əliyev Şahmat Federasiyasına 1 milyon manat ayırdı

  • By admin
  • 08 Noyabr 2017 17:36

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan Şahmat Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Gununsesi.info