İlham Əliyev: “Terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”

  • By admin
  • 24 İyul 2016 01:36

ilham_eliyev_esrafqani

 

Dövlət başçısı İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti  Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

Gununsesi.info-nun AZƏRTAC-a istinadən məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yarananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Gununsesi.info