İlham Əliyev Türkiyəyə getdi - FOTO/VİDEO - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.

xxx

13:40

Prezident İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, Prezident İlham Əliyev səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Gununsesi.info