İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək

  • By admin
  • 06 Avqust 2022 13:58

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.

Gununsesi.info xəbər verir ki, bunu Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel öz Twitter səhifəsində yazıb.

O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.

“AB Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir”, – deyə o bildirib.

Gununsesi.info