İlham Əliyev Vladimir Putinlə görüşəcək

  • By admin
  • 20 Fevral 2022 17:36

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində bildirilib.

Vurğulanıb ki, görüşün gələn həftə baş tutması gözlənilir.

“Xarici liderlərin mühüm səfərləri gələn həftə də davam edəcək. Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri, həmçinin Pakistanın baş nazirinin də Kremlə gələcəyi gözlənilir”, – deyə proqramda qeyd olunub.

 

 

Gununsesi.info