İlham Əliyevdən Aleksandr Lukaşenkoya zəng

  • By admin
  • 02 İyul 2019 14:58

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı olub.

Gununsesi.org Belarus dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

 İlham Əliyevlə xanımı Lukşenkonu qarşıdan gələn Müstəqillik günü və II Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik ediblər.

Həmçinin, gələcək ikitərəfli görüşlərin qrafiki və Belarusla Azərbaycan arasında münasibətlərin inkişafı müzakirə olunub.

 Gununsesi.org