İlham Əliyevdən Elmira Süleymanova ilə bağlı sərəncam

  • By admin
  • 16 İyul 2020 15:38

Prezident İlham Əliyev Elmira Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.org xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Gununsesi.org