“İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyasının keçirilməsinin müzakirəsinə bu gündən başlanılır” - LAVROV

  • By admin
  • 10 İyul 2020 22:01

Azərbaycan Prezidenti Ilham Əliyevin təşəbbüsü ilə Qoşulmama hərəkatının sammitində irəli sürülən koronavirusla bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin müzakirəsinə 10 iyul tarixindən başlanılır. 

Gununsesi.org-un APA-ya istinadla verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün “Primakov qiraətləri” beynəlxalq  elmi praktiki forumunda bildirib.

“Biz əlbəttə ki, Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama hərəkatının təşəbbüsü ilə  COVID-19 mövzusu ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılacağını bilirik, lakin bu ssesiya bir qədər sonra baş tutacaq. Bu gün, iyulun 10-da, xüsusi sessiyanın  çağırılması zamanı tətbiq ediləcək qaydaların prosedurunun formalaşdırılmasına ancaq başlanılır, çünki koronavirus infeksiyası şəraitində qeyri-adi distant formatda keçirilən bütün tədbirlər  təşkilati və prosedur aspektləri baxımından razılaşdırılmalıdır, buna görə bu gün yalnız prosedur məsələlər müzakirə ediləcək, xüsusi iclasın çağırılma tarixi hələlik müəyyən olunmayıb”, deyə Rusiya XİN başçısı vurğulayıb.

 

 

Gununsesi.org