İlham Əliyevin təşəbbüsü və irəli sürdüyü təkliflər beynəlxalq təşkilatların gündəminə çevrilib - MƏLAHƏT İBRAHİMQIZI YAZIR

  • By admin
  • 22 Noyabr 2021 21:30

 

Dünyanı bürüyən karonavirus pandemiyasına qarşı aparılan mübarizə beynəlxalq aləmdə bir sıra problemləri də ortaya çıxardı.
Belə ki, bir çox ölkələr arasında mövcud münasibətləri ağır sınağa çəkdi. Dünyanın bir neçə super dövlətinin uzun illər formalaşdırdığı sistemə və bir sıra hallarda güc yolu ilə təbliğ etdikləri dəyərlərə sarsıdıcı zərbə vurdu.

Ədalət, hüququn aliliyi, humanizm, demokratiya, azadlıq, bərabərlik, insan haqları kimi fundamental anlayışlar dünyaya ortaq dəyər kimi təqdim etməyə çalışsalar da, pandemiya dövründə bu dəyərlər sistemində cidfi çatlar biruzə verdi. Dünya gördü ki, qərbin güc mərkəzi olan dövlətlər illər ərzində təsir mexanizmi kimi istifadə etdikləri bəşəri dəyərlər onların imitasiyasından başqa bir şey deyil.

Nəzərə alsaq ki, belə bir çətin dövrdə beynəlxalq münasibətlərdə bəşəri dəyərləri əllərində bayraq edənlərin özləri bu dəyərləri hörmətsizlik edirlər. Bu nöqteyi nəzırdən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin insanlıq üçün zərurət və çox önəmli sosial sifarişi özündə etiva edən təşəbbüskarlığı ilə sübut etdi ki, liderlik ölkənin böyüklüyünfən və ya dövlətin gücündən asılı deyil. Bu mənada onun humanist dəyərlərə xidmət edən təklifi və beynəlxalq səviyyədə nümayiş etdirdiyi liderliyi ilə dünyanın bir çox ölkələri tərəfindən təqdir və hörmətlə qarşılanmışdır.
Prezidentimiz İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində BMT Baş Assambleyasının 3-cü komitəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması dünya ictimaiyyəti tərəfindən ölkə başçımıza göstərilən etimadın bariz nümunəsidir. Beynəlxalq münasibətlər sistemində dünya sisteminin islahatlaşmasını özündə ehtiva edən bu qətnamə Azərbaycan tərəfindən təklif edilən yeganə təşəbbüs deyil.

Bu istiqamətdə edilən Qoşulmama Hərəkatının 2020-ci ilin may Zirvə toplantısı, dekabr ayında BMT Baş Assambleyasının xüsusi sessiyası və ya bu ilin martında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal çıxışının təmin edilməsi” adlı qətnaməni də qeyd etmək olar. Bununlarla yanaşı, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olmuşdur.
Eyni zamanda Azərbaycan peyvənd ayrıseçkiliyinə qarşı yalnız beynəlxalq siyasi platformalarda yox, həmçinin, əməli fəaliyyəti ilə də mübarizə aparır. Belə ki, 30-dan çox ölkəyə maliyyə və humanitar yardımların edilməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım etməsi və ya 4 ölkəyə təmənnasız 150 min doza vaksin ianə olunması dövlətimizin rəhbər tutduğu bəşəri dəyərlərə əməl etdiyinin ən bariz örnəyidir. “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnaməyə dünyanın 126 BMT-yə üzv ölkəsi həmmüəllif kimi qoşulub.

Həmçinin,171 ölkənin qətnaməmin lehinə səs verməsilə yanaşı, heç bir ölkə əlehinə səs verməyib. Yalnız, 7 ölkə bitərəf mövqe nümayiş etdirib ki, bunlardan da biri Ermənistandır. Ermənisanın qlobal məsələlərdə müstəqil mövqe nümayiş etdirə bilməməsi bir dövlət kimi onun imicinə zərbə vurur.
Xüsusi qeyd etməliyik ki, bilvasitə Azərbaycanın təşəbbüsü ilə qəbul olunan bu qətnamə ölkəmizin və onun liderinin beynəlxalq müstəvidə artan nüfuzunun və təsir imkanlarının bariz göstəricisidir. Bununla bərabər BMT-nin sentyabr ayında dövlət başçılarının və hökumət rəhbərlərinin iştirak etdiyi xüsusi sessiyada Prezidentimiz həm Azərbaycan Dövlətinin başçısı və eyni zamanda Qoşulmama Hərəkatının sədri kimi, bu Hərəkatın adından etdiyi çıxışında bir sıra təklifləri səsləndirdi. Onun çıxışındakı diqqətçəkici təkliflərdən biri də postpandemiya dövründə dünyanın çağırışları və əməkdaşlıq istiqamətində də beynəlxalq aləm üçün çərçivə olacaq hər hansı bir sənədin də BMT tərəfindən qəbul olunmasının zəruri olduğunu bildirmişdi. Bu mənada qürula deyə bilərik ki, bugün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsləri beynəlxalq təşkilatların gündəminə çevrilibdir.

 

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı