İlham Əliyevlə Abdullah Şahid telefonla danışdı

  • By admin
  • 30 Dekabr 2021 19:39

Prezident İlham Əliyev və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, A.Şahid bu barədə Tvitter hesabında paylaşıb.

“Azərbaycan Prezidenti İlham Əliyevlə əla telefon söhbətimiz oldu”, – A. Şahid vurğulayıb.

Şahid, telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu və COVID-19 peyvəndlərinin ədalətli bölgüsü ilə bağlı təşəbbüslərini və Baş Assambleyada, BMT İnsan Haqları Şurasında universal peyvəndləmə ilə bağlı qətnamələrini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib.

Gununsesi.info