Azərbaycanda insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydasında dəyişiklik edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliyi təsdiqləyib.
Dövlət başçısının imzaladığı Fərmanla müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Miqrasiya Xidməti həyata keçirəcək.













