Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər sərəncamla o, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.














