İlham Əliyev bu tarixdə and içəcək - PREZİDENTİN İNAQURASİYASI QARABAĞDA OLACAQ/ÖZƏL

Xəbər verdiyimiz kimi, sabah Konstitusiya Məhkəməsi 7 fevral Prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolunu təsdiq edəcək.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə , 14 fevral tarixində İlham Əliyev yeni prezident kimi and içəcək.

Məlumatda ölkə başçısının inaqurasiya mərasiminin Qarabağ bölgəsində baş tutacağı deyilir.

Olduqca sadə təşkil olunan mərasimə qonaq dəvət edilmədiyi deyilir.

 

Gununsesi.info