İlham Əliyev: Dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır

  • By admin
  • 08 Mart 2024 09:53

Təəssüflər olsun ki, dünyada islamofobiya meyilləri sürətlə artmaqdadır.

Gununsesi.info bildirir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb.

“İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur”, – deyə məktubda qeyd olunur.

 

Gununsesi.info