İlham Əliyev fərman imzaladı

  • By Günel
  • 07 Sentyabr 2024 15:45

Prezident İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Gununsesi.info fərmanın mətnini təqdim edir:

1. “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1642 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci və 4-cü hissələrə “gizir” sözündən sonra “(miçman)” sözü əlavə edilsin;

1.2. 5.2-ci bənd üzrə:

1.2.1. birinci abzasa “hallarda” sözündən sonra “ayrılıqda” sözü əlavə edilsin;

1.2.2. 5.2.1-ci yarımbəndə “gizir” sözündən sonra “(miçman)” sözü əlavə edilsin;

1.2.3. 5.2.2-ci yarımbənddə “ali təhsil müəssisəsinə qəbul olduqda” sözləri “müvafiq vəsaitin 50 faizi ali təhsil müəssisəsinə və ya hərbi kollecə qəbul olduqda, qalan 50 faizi isə bu Fərmanın 5.2.1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya gizir (miçman) kimi vəzifəyə təyin edilərək həmin vəzifənin icrasına başladıqda” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Gununsesi.info