İlham Əliyev Ramiz Yunusa: Vətənə xoş gəlmisiz... - Video

  • By ilhame
  • 21 İyul 2024 10:38

Uzun illərdir ki, ABŞ -da yaşayan siyasi şərhçi Ramiz Yunus Azərbaycana gəlib. Vaxtilə hakimiyyətin sərt tənqidçilərindən biri kimi tanınan Ramiz Yunusun Şuşada təşkil olunan Beynəlxalq Media Forumunda iştirakı sosial şəbəkələrdə bir sıra müzakirələrə səbəb olub.

Qeyd edək ki, səsləndirilən iddialarda onun hakimiyyətlə barışdığı deyilir.

Gununsesi.info-nun xəbərinə görə, Şuşa Beynəlxalq Media Forumunda iştirak edən Ramiz Yunus Azərbaycan Prezidentini Qaradağda salamlamaqdan şərəf duyduğunu deyib.

Buna cavab olaraq isə ölkə başçısı İlham Əliyev “Vətənə xoş gəlmisiniz” deyə onu təbrik edib.

Gununsesi.info